Surə 42 · Cüz 25
Ash-Shura · 42:19
اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ
19. Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.
Təfsir
Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir və onun üçün o ruzini atırır, istədiyinin də ruzisini Öz hikməti və lütfü ilə azaldır. O, Qüvvətlidir - O Allah ki, heç kəs Ona üstün gələ bilməz, həmçinin, Qüdrətlidir - düşmənlərindən intiqam alar.