Surə 42 · Cüz 25
Ash-Shura · 42:20
مَنْ كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَنْ كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِيبٍ
20. Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.
Təfsir
Hər kim axirətə hazırlıq olaraq əməl edib savabını istəyərsə, Biz onun savabını qat-qat artırar - bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər, hətta bundan da çox artırarırq. Kim də təkcə dünyanı istəyərsə, ona əzəldən onun üçün müəyyən edilmiş nəsibini verərik. Beləcə, o, dünyanı axirətdən üstün tutduğuna görə, axirətdə onun heç bir payı olmaz.