Surə 42 · Cüz 25
Ash-Shura · 42:18
يَسْتَعْجِلُ بِهَا الَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَالَّذِينَ آمَنُوا مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا الْحَقُّ ۗ أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ
18. Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
Təfsir
Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qorxur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsində mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içindədirlər.