Surə 42 · Cüz 25
Ash-Shura · 42:17
اللَّهُ الَّذِي أَنْزَلَ الْكِتَابَ بِالْحَقِّ وَالْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ قَرِيبٌ
17. Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət günü) yaxındır.
Təfsir
Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allahdır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.