Surə 40 · Cüz 24
Ghafir · 40:9
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَنْ تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
9. Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
Təfsir
Onları pis əməllərinin cəzasından qoru və o əməllərə görə onlara əzab vermə. Qiyamət günü Sən kimi pis əməllərinin cəzasından qorusan, ona rəhm etmiş olarsan. Allahın Öz qulunu əzabdan qoruması və Cənnətə daxil etməklə ona rəhm etməsi, bənzəri olmayan böyük uğurdur”.