Surə 40 · Cüz 24
Ghafir · 40:8
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
8. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.
Təfsir
Mələklər deyirlər: "Ey Rəbbimiz! Möminləri də, onların atalarından, zövcələrindən və övladlarından olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin, içində əbədi qalacaqları Cənnətlərə daxil et. Həqiqətən, Sən Qüdrətlisən - heç kəsin Sənə gücü çatmaz, üstəlik, qədəri yazmaq və işləri idarə yoluna qoymaq xüsusunda Hikmət sahibisən.