Surə 40 · Cüz 24
Ghafir · 40:10
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
10. Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.
Təfsir
Allaha və Onun peyğəmbərlərinə küfr edənlər qiyamət günü Cəhənnəmə daxil olduqda və özlərinə nifrət edib lənət oxuduqda, onlara belə xitab olunacaq: “Allahın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz dünyada ikən Allaha iman gətirməyə dəvət olunduqda, Ona küfr edir və Onunla yanaşı başqa tanrıları ilah qəbul edirdiniz.”