Surə 4 · Cüz 5
An-Nisa · 4:72
وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
72. İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım”– deyər.
Təfsir
Ey Müsəlmanlar! İçərinizdə elələri də var ki, düşməninizə qarşı döyüşə çıxdıqda qorxularından ləng tərpənər həm də başqalarını ləngidərlər. Onlar münafiqlər və imanı zəyif kimsələrdir. Əgər döyüşdə sizdən kimsə qətlə yetirilərsə və ya sizə bir müsibət üz verərsə, onlardan bəziləri salamat qaldığına sevinərək: "Allah mənə lütf etdi, onlarla birlikdə döyüşə getmədim, yoxsa onların başına gələn bəlaya məndə düçar olmadım"– deyər.