Surə 4 · Cüz 5
An-Nisa · 4:71
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا
71. Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin və düşmənə qarşı ya bölük-bölük, ya da hamınız birgə çıxın!
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Düşmənlərinizlə döyüşmək üçün sizə yardım edən səbəblərdən yapışmaqla ehtiyatınızı əldən verməyin və düşmənə qarşı ya cammat-cammat halında, ya da hamınız birgə çıxın, bunlar hamısı sizin mənfəətiniz və düşməninizə sarsıdıcı əzab verməniz üçündür!