Surə 4 · Cüz 5

An-Nisa · 4:73

وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا

73. Əgər Allahdan sizə bir lütf yeti­şərsə, sanki si­zin­lə onun ara­sında heç bir dostluq yox­muş kimi: “Kaş mən də on­lar­la birlik­də olub böyük bir uğur qa­zanaydım!”– deyər.

Təfsir

Ey Müsəlmanlar! Əgər Allahdan sizə yardım yaxud qənimət əldə etmək kimi bir lütf yeti­şərsə, cihaddan qeri qalan kimsə sanki o, sizdən deyil və si­zin­lə onun ara­sında heç bir məhəbbət, dostluq yox­muş kimi: "Kaş, mən də bu döyüşdə on­lar­la birlik­də olub onların qazandığı kimi məndə qənimətdən böyük bir pay qa­zanaydım!"– deyər.

Oxuyucuda aç - Surəni tam oxu