Surə 4 · Cüz 5
An-Nisa · 4:41
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا
41. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?
Təfsir
Ey Peyğəmbər! Qiyamət günü biz hər ümmətin peyğəmbərini onların etdikləri əməllərə şahid gətirdikdə, səni də, öz ümmətinə şahid gətirdikdə insanların halı necə olacaq?!