Surə 4 · Cüz 5
An-Nisa · 4:42
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا
42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər və heç bir sözü Allahdan gizlədə bilməzələr.
Təfsir
Allaha küfr edib Onun peyğəmbərinə - səllallahu aleyhi və səlləm - asi olanlar o əzəmətli gündə torpaq olub, yerlə bərabər olmalarını təmənna edər və etdikləri əməllərdən heç bir şeyi Allahdan gizlədə bilməzələr. Çünki Allah, o gün onların ağızlarına möhürləyər, danışa bilməzlər və Allah onların əzalarına izin verər, əzaları onların etdikləri əməllərə şahidlik edərlər.