Surə 4 · Cüz 5
An-Nisa · 4:40
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا
40. Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.
Təfsir
Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördüyü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.