Surə 4 · Cüz 5
An-Nisa · 4:39
وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا
39. Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir.
Təfsir
Əgər onlar həqiqi mənada Allaha və axirət gününə iman gətirib, mallarını Allahın sevib və razı qaldığı işlərə xərcləsəydilər bu onlara nə zərər verərdi ki?! Əksinə, bütün xeyir elə bundadır. Allah onların hər bir işini biləndir. Onların əməlləri Allahdan gizli qalmaz və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.