Surə 4 · Cüz 4
An-Nisa · 4:21
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا
21. Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar.
Təfsir
Siz bir-birinizlə mehriban ünsiyyət qurub, bir-birinizlə yaxınlıq edib və bir-birinizin sirlərini bildikdən sonra qadınlarınıza verdiyiniz mehri onlardan necə geri ala bilərsiniz?! Çünki bu işdən sonra onların əlində olan mala tamah salmaq çirkin və pis əməldir. Halbuki qadınlarınız, Uca Allah kəlməsi və şəriəti ilə onları özünüzə halal edərək sizdən şiddətli əhd-peyman almışdılar.