Surə 4 · Cüz 4
An-Nisa · 4:22
وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا
22. Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur.
Təfsir
Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız İslamdan öncə olub-keçənlər müstəsnadır, keçmişdə etdiyiniz bu işə görə sizə əzab olunmaz. Çünki oğulun atanın arvadı ilə evlənməsi, çox iyrənc, Allahın qəzəbinə səbəb olan bir əməl və murdar bir yoldur!