Surə 4 · Cüz 4
An-Nisa · 4:20
وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا
20. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?
Təfsir
Ey kişilər! Əgər öz arvadınızı boşayıb yerinə başqa bir arvad almaq istəsəniz, bu işdə sizə günah yoxdur, əgər boşamaq istədiyinizə yığın-yığın mal mehr vermiş olsanız belə, o maldan bir şey geri almaq sizə caiz deyil. Çünki verdiyinizi onlardan geri almaq, Allah qatında açıq-aşkar böhtan atmaq və günah işlətməklə hesab olunur.