Surə 4 · Cüz 4

An-Nisa · 4:19

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ ۚ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا

19. Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qa­dın­larına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz de­yildir. Həmçinin, xoşunuza gəlməyən qa­dınlarınız, zina kimi açıq-aş­kar murdar bir iş gör­mə­­yin­cə, on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün on­lara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aş­kar murdar bir iş tutsalar, o zaman on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşu­nuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.

Oxuyucuda aç - Surəni tam oxu