Surə 4 · Cüz 6
An-Nisa · 4:154
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
154. Biz onlardan aldığımız əhdə görə, Tur dağını başları üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!”– dedik. Biz onlardan möhkəm bir əhd adıq.
Təfsir
Biz onlardan aldığımız möhkəm əhdə əməl etmələri üçün qorxsunlar deyə, dağı oların başı üzərinə qaldırdıq və qağı qaldırdıqdan sonra onlara: "Beytülməqdis qapısından başınızı əyilmiş halda səcdə edərək daxil olun!"– dedik. Onlar isə oraya yanları üstə sürünə-sürünə daxil oldular. Biz onlara: "Şənbə günü ov edərək sizə qoyulmuş qadağanı pozmayın!"– dedik. Onlar isə buna məhəl qoymadan bu qadağanı pozub şənbə günü ov etdilər. Bizdə buna görə onlardan möhkəm bir əhd adıq. Amma onlar isə yenə də bu əhdi pozdular.