Surə 4 · Cüz 6

An-Nisa · 4:153

يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَاءِ ۚ فَقَدْ سَأَلُوا مُوسَىٰ أَكْبَرَ مِنْ ذَٰلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذَٰلِكَ ۚ وَآتَيْنَا مُوسَىٰ سُلْطَانًا مُبِينًا

153. Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik.

Təfsir

Ey Peyğəmbər! Yəhudilər səndən, sənin sadiqliyinin əlaməti olaraq, Musaya nazil edildiyi kimi on­lara bir dəfədə göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. Sən buna təəccüb etmə, çünki onların ata-babaları Musadan, səndən istədiklərindən də daha böyüyü­nü tələb edərək, onlara Alla­hı açıq-aşkar gös­tərməsini istəmişdilər. Etdikləri günahın cəzası olaraq on­­­ları ildırım vur­muşdu. Sonra Allah onları diriltdi. Sonra da on­lara Allahın təkliyinə, rübubiyyətin və üluhiyyətin yalnız Allaha aid olduğuna dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra Allahı qoyub özlərinə bu­­zovu məbud qəbul etdilər. Biz onların bu ­günahını da əfv etdik və Musa­ya qövmünə qarşı açıq-aşkar dəlil verdik.

Oxuyucuda aç - Surəni tam oxu