Surə 4 · Cüz 6
An-Nisa · 4:155
فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ وَكُفْرِهِمْ بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ ۚ بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
155. Onlar əhdlərini pozduqlarına, Allahın ayələrinə küfr etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar.
Təfsir
Onlardan aldığımız möhkəm əhdi pozduqları, Allahın ayələrinə küfr etmələri, peyğəmbərləri haqsız yerə öldürməyə cürət etmələri və Muhəmmədə - sallallahu aleyhi və səlləm: "Qəlblərimiz qapalıdır, sənin dediyinə anlamırıq!"– demələri səbəbindən onları rəhmərimizdən qovduq. Amma həqiqət heç də onların dediyi kimi deyildir, əksinə, Allah onların qəlblərinə möhür vurmuş və o qəlblərə xeyir yetişməz. Elə buna görə də onların az bir qismi onlara fayda verməyəcək dərəcədə olduqca az inanırlar.