Surə 4 · Cüz 5
An-Nisa · 4:104
وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ ۖ إِنْ تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
104. Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Təfsir
Ey Möminlər! Kafirlərdən olan düşməninizi təqib etməkdə tənbəllik edib zəiflik göstərməyin. Əgər siz döyüşdə ölüm və ya yaraya görə ağrı-acı çəkirsinizsə, onlar da sizin ağrı-acı çəkdiyiniz kimi ağrı-acı çəkir və sizə baş verən müsibət onlarada baş verir. Elə isə onların səbri sizin səbrinizdən böyük olmasın. Çünki siz Allahdan, onların nail olmadıqları savaba, köməyə və yardıma nail olursunuz. Allah Öz qullarının halınıdan xəbərdardır və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!