Surə 4 · Cüz 5

An-Nisa · 4:103

فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

103. Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir.

Təfsir

Ey Möminlər! Namaz qılıb qurtardıqdan son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda və hər bir halınızda da, Allahın şəninə Sübhanallah, Əlhəmdulləh və Lə iləhə illə Allah deyərək Allahı yad edin. Qorxu sovuşduqda və arxayın olduqda isə, namazı sizə əmr edildiyi qaydada rükunlarını, vaciblərini və müstəhəblərini yerinə yetirərək tam şəkildə qı­lın. Çün­ki namaz mömin­lərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir. Yerli olduqda namazları üzürsüz olaraq vaxtından gec qılmaq caiz deyildir. Səfərdə olduqda isə namazları cəm edib, qısa qılmaq icazəlidir.

Oxuyucuda aç - Surəni tam oxu