Surə 4 · Cüz 5
An-Nisa · 4:105
إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ۚ وَلَا تَكُنْ لِلْخَائِنِينَ خَصِيمًا
105. Doğrusu, Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verəsən deyə, Biz sənə Kitabı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.
Təfsir
Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quranı haqqı özündə cəm etmiş bir halda nazil etdik ki, insanlar arasında şəxsi rəyin və ya öz istəyinlə deyil, Allahın sənə öyrətdiyi və sənə ilham etdiyi kimi hökm verəsən. Odur ki, özlərinə və onlara verilən əmanətlərə xəyanət edən xainləri, onlardan haqqını tələb edənlərdən müdafiə edərək, tərəfini tutma.