Surə 39 · Cüz 23
Az-Zumar · 39:8
۞ وَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلَّهِ أَنْدَادًا لِيُضِلَّ عَنْ سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ
8. İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”
Təfsir
Kafir kimsəyə bir zərər toxunduqda - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəbbinə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardığı Allahı unudur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şəriklər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küfr etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”