Surə 39 · Cüz 23
Az-Zumar · 39:9
أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
9. Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.
Təfsir
Məgər Allaha itaət edib gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, üstəlik, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilməyənlər eyni ola bilərmi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”