Surə 39 · Cüz 24

Az-Zumar · 39:73

وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ

73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”

Təfsir

Rəbbinin əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə Ondan qorxan möminləri isə mələklər dəstə-dəstə, ehtiramla Cənnətə doğru gətirilə­cək­lər. Nə­ha­yət, onlar Cənnətə çatdıqda onun qapıları möminlər üçün açılacaq və onun gözət­çiləri on­lara deyəcəklər: “Hər bir zərərdən və xoşlamadığınız hər bir şeydən salamat qalın! Sizin dünyada ikən qəlbiniz və əməlləriniz gözəl olmuşdur! İndi isə əbədi qal­maq üçün Cənnətə daxil olun!”

Oxuyucuda aç - Surəni tam oxu