Surə 39 · Cüz 24
Az-Zumar · 39:72
قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
72. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!”– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!
Təfsir
Onlar alçalsınlar, üstəlik də, Allahın rəhmətindən və Cəhənnəmdən xilas olmaqdan ümidlərini kəssinlər deyə, onlara belə deyiləcək: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Haqqı qəbul etməyə təkəbbürlük göstərənlərin yeri necə də pis və necə də iyrəncdir!