Surə 39 · Cüz 24
Az-Zumar · 39:71
وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ
71. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi.
Təfsir
Mələklər Allaha küfr etmiş kimsələri dəstə-dəstə zəlil vəziyyətdə Cəhənnəmə gətirəcəklər. Nəhayət, Cəhənnəmə çatdıqda onun gözətçiləri onun qapılarını onlar üçün açacaq və onları məzəmmət edərək qarşılayıb deyəcəklər: “Məgər özünüzdən sizə Rəbbinizin özlərinə nazil etdiyi ayələrini oxuyan və sizi qiyamət gününə yetişib orada şiddətli əzaba düçar olacağınızla qorxudan elçilər gəlməmişdi?!” Kafirlər özlərinin əleyhinə şahidlik edib: “Əlbəttə, gəlmişdi, lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi və biz də, kafir idik!” – deyəcəklər.