Surə 39 · Cüz 24
Az-Zumar · 39:70
وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ
70. Hər kəsə öz əməlinin əvəzi tam veriləcək. Allah onların nə etdiklərini yaxşı bilir.
Təfsir
Allah hər kəsə etdiyi əməlin, - istər xeyir əməl olsun, istərsə şər, - əvəzini tam verəcək. Allah onların nə etdiklərini yaxşı bilir. Onların istər xeyir, istərsə də şər əməllərindən heç bir şey Ondan gizli qalmaz və həmin gün Allah onlara əməllərinin əvəzini verər.