Surə 39 · Cüz 24

Az-Zumar · 39:69

وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

69. Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək.

Təfsir

Qüdrətli Rəbb Öz qulları arasında hökm vermək üçün gəldiyi zaman yer işıq­lana­caq, insanların əməlləri yazılmış səhifələr üzə çıxacaq, peyğəmbərlər və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti gəti­rilə­cək ki, peyğəmbərlər öz qövmlərinə şahidlik etsinlər. Allah onların ara­sında əda­lətlə hökm verilə­cək və o gün onlara zülm edil­mə­yə­cək, heç kəsin nə günahı üstə günah artırılar, nə də savabından bir savab azalar.

Oxuyucuda aç - Surəni tam oxu