Surə 39 · Cüz 24

Az-Zumar · 39:74

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَنَا وَعْدَهُ وَأَوْرَثَنَا الْأَرْضَ نَتَبَوَّأُ مِنَ الْجَنَّةِ حَيْثُ نَشَاءُ ۖ فَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

74. Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”

Təfsir

Möminlər Cənnətə daxil olduqda deyəcəklər: “Peyğəmbərlərinin dili ilə bizə verdiyi vədini - bizi Cənnətə daxil edəcəyi barədə olan vədini yerinə yetirən və bi­zi Cənnət diyarına va­ris edən Allaha həmd olsun! Biz Cən­nətdə is­tə­diyimiz ye­rdə ola bilirik. Rəbbinin üzü xatirinə yaxşı işlər görən əməlisaleh insanların müka­fatı necə də gö­zəldir!”

Oxuyucuda aç - Surəni tam oxu