Surə 39 · Cüz 23

Az-Zumar · 39:6

خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنْزَلَ لَكُمْ مِنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

6. Allah sizi tək bir nə­fər­dən yaratdı. Sonra onun özündən zöv­cə­sini yaratdı. O sizdən öt­rü səkkiz cüt heyvan endir­di. O sizi ana­la­rınızın bətnlərində üç zülmət içərisində yaranış ar­dından ya­ra­nı­şa salaraq yara­dır. Bu sizin Rəb­bi­niz olan Allah­dır. Mülk Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə də haqdan döndəri­lir­siniz!

Təfsir

Ey insanlar, Rəbbiniz sizi tək bir nə­fər­dən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zöv­cə­si Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəb­bi­niz olan Allah­dır. Mülk yalnız Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!

Oxuyucuda aç - Surəni tam oxu