Surə 39 · Cüz 23
Az-Zumar · 39:5
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ
5. O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.
Təfsir
O, göyləri və yeri zalımların: "bunlar əbəs yerə yaranmışdır"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrətlidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.