Surə 39 · Cüz 24

Az-Zumar · 39:43

أَمِ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ شُفَعَاءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ

43. Yoxsa onlar Allahdan qeyrilə­ri­nimi özlərinə şəfaətçi et­di­lər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey an­lamırlarsa, bəs necə ol­sun?”

Təfsir

Müşriklər Allahı qoyub bütlərin onlara fayda verəcəyinə ümid edərək onları şəfaətçi qəbul etdilər. Ey Peyğəmbər, onlara de: "O bütlər nə sizin üçün, nə də özləri üçün bir şeyə malik olduğu, özləri də lal, kar və kor, üstəlik də, nə fayda, nə də zərər verən daşlar olduğu halda, siz yenədəmi onları özünüzə şəfaətçi qəbul etdiniz?!”

Oxuyucuda aç - Surəni tam oxu