Surə 39 · Cüz 24

Az-Zumar · 39:42

اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

42. Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə mü­əyyən olunmuş vaxtadək bu­ra­xır. Hə­qiqətən, bun­da ağıl sa­hibləri üçün də­lillər vardır.

Təfsir

Allah ölənlərin ruhlarını onların əcəli yetişdikdə, ölməyənlərin ruhlarını isə onlar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə Öz əzəli elmi ilə mü­əyyən etdiyi vaxtadək bu­ra­xır. Hə­qiqətən, ruhların saxlanılmasında və buraxılmasında, habelə, (insanın) öldürülməsində və dirildilməsində, düşünən bir qövm üçün də­lillər var. Belə ki, buna qadir olan Allah, insanlar öldükdən sonra onları haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün onları diriltməyə də qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu