Surə 39 · Cüz 24
Az-Zumar · 39:41
إِنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ ۖ فَمَنِ اهْتَدَىٰ فَلِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
41. Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.
Təfsir
Ey Peyğəmbər, Biz Quranı sənə, insanlar üçün haqq olaraq nazil etdik ki, onları qorxudasan. Kim doğru yolla getsə, doğru yolda olmasının xeyri onun özünə olar. Onun doğru yolla getsməsinin Allaha heç bir faydası yoxdur, çünki Allahın buna ehtiyacı yoxdur. Kim də zəlalətə düşsə, zəlalətdə olmasının ziyanı onun öz əleyhinə olar. Onun zəlalətdə olmasının pak və müqəddəs Allaha heç bir ziyanı olmaz. Sən onlara vəkil deyilsən ki, onları doğru yola gəlməyə məcbur edəsən. Sən yalnız sənə əmr ediləni təbliğ edənsən.