Surə 39 · Cüz 24

Az-Zumar · 39:44

قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

44. De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və ye­rin hökm­ranlığı da Ona məx­susdur. Sonra siz Ona qaytarı­la­caq­sı­nız”.

Təfsir

Ey Peyğəmbər, o müşriklərə de: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Şəfaətçilik edən) kimsə Onun yanında yalnız Onun izni ilə şəfaətçilik edə bilər. O da, yalnız Allahın razı qaldığı kimsə üçün şəfaətçilik edə bilər. Göylərin və ye­rin hökm­ranlığı təkcə Ona məx­susdur. Sonra qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün Onun hüzuruna qaytarı­la­caq, O da sizə etdiyiniz əməllərin əvəzini verəcək.”

Oxuyucuda aç - Surəni tam oxu