Surə 39 · Cüz 24

Az-Zumar · 39:37

وَمَنْ يَهْدِ اللَّهُ فَمَا لَهُ مِنْ مُضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انْتِقَامٍ

37. Allahın doğru yola yö­nəltdiyi kim­səni də azdıran ol­maz. Mə­gər Allah Qüdrətli, in­tiqam almağa qadir deyilmi?

Təfsir

Allahın doğru yola yö­nəltdiyi kim­səni də, zəlalətə sala biləcək birisi tapıl­maz. Mə­gər Allah, kimsənin Ona qalib gəlmədiyi mütləq güc sahibi, habelə, Ona küfr edən və asi olan kəsdən in­tiqam almağa qadir deyilmi?! Əlbəttə, Allah qüdrətlidir, in­tiqam almağa qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu