Surə 39 · Cüz 24

Az-Zumar · 39:38

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلْ أَفَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ ۚ قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ

38. Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”

Təfsir

Ey Peyğəmbər, əgər sən o müşriklərdən: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Bunları Allah yaratmışdır!”– deyəcəklər. Bütlərinin aciz olduğunu göstərmək üçün onlara belə de: “Elə isə bir deyin gö­rək, əgər Allah mənə bir zərər yetirmək istəsə, sizin Allahdan başqa ibadət et­dikləriniz Onun mənə yetirəcək zərəri ara­dan qaldıra bilərlərmi?! Yaxud, əgər Rəbbim mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?!” Onlara de: “Mənə təkcə Allah kifayət edər. Mən bütün işlərimdə yalnız Ona təvəkkül edirəm, təvək­kül edənlər də təkcə Ona təvək­kül edərlər!”

Oxuyucuda aç - Surəni tam oxu