Surə 39 · Cüz 24
Az-Zumar · 39:36
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِنْ دُونِهِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
36. Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.
Təfsir
Məgər Allah Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) onun din və dünya işlərində, habelə, düşmənini ondan dəf etməyə kifayət deyilmi?! Əlbəttə, kifayətdir. Onlar isə öz cahillikləri və səfehlikləri ucbatından səni, ey Peyğəmbər, Allahdan baqa tapındıqları bütlərlə qorxudurlar ki, guya onlar sənə xətər toxunduracaqlar. Allahın köməksiz qoyduğu və hidayət vermədiyi kimsəyə doğru yol göstərən və (haqq yola yönəlməyə) müvəffəq edən tapılmaz.