Surə 39 · Cüz 24
Az-Zumar · 39:33
وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
33. Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.
Təfsir
Sözləri və əməlləri ilə haqqı təsdiqləyən, ona iman gətirən və onun tələblərini yerinə yetirən peyğəmbərlər və qeyriləri - məhz onlar əsl müttəqilərdir. O müttəqilər ki, Rəbbinin əmrini yerinə yetirir və qadağan etdiyi işlərdən çəkinirlər.