Surə 39 · Cüz 24

Az-Zumar · 39:32

۞ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ

32. Allaha qarşı yalan uy­du­ran və həqiqət ona bəyan edil­dikdə onu yalan sayan kimsə­dən daha zalım kim ola bi­lər? Məgər Cə­hən­nəmdə kafirlər üçün yer yoxdur?

Təfsir

Allaha şərik qoşmaq, habelə, həyat yoldaşı və övlad nisbət etməklə, Ona layiq olmayan bir şeyi Ona mənsub edən kimsədən daha zalımı bir kimsə yoxdur. Eləcə də, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi vəhyi təkzib edən kimsədən daha zalımı bir kimsə yoxdur. Məgər Cəhənnəmdə, Allaha və Onun rəsulunun gətirdiyinə küfr edən kimsələr üçün sığınıcaq və məskən yoxdur?! Əksinə, orada onlar üçün sığınacaq da var, məskən də.

Oxuyucuda aç - Surəni tam oxu