Surə 39 · Cüz 23
Az-Zumar · 39:31
ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِنْدَ رَبِّكُمْ تَخْتَصِمُونَ
31. Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.
Təfsir
Sonra siz, ey insanlar, ixtilafa düşdüyünüz məsələlər barədə, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcək və beləliklə, aranızdakı doğru danışanlarla, yalançılar ayırd ediləcək.