Surə 39 · Cüz 24
Az-Zumar · 39:34
لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
34. Onlar üçün Rəbbinin yanında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur.
Təfsir
Onlar üçün Rəbbinin yanında dilədikləri tükənməz ləzzətlər vardır. Bu, həm öz Rəbbi, həm də Onun qulları ilə gözəl münasibət qurmuş kimsələrin mükafatıdır.