Surə 39 · Cüz 23

Az-Zumar · 39:23

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

23. Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və tək­rar­lanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan də­ri­lə­ri ür­pəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yum­şa­lır. Bu, Alla­hın hidayətidir. Onun­la istədi­yini doğru yola yö­nəl­dir. Alla­hın zə­lalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz.

Təfsir

Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qor­xan­la­r bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, on­dan dəriləri ür­pəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yum­şa­lar. Qurandan deyilən bu sözlər və onun təsiri, Alla­hın hidayətidir. Allah onun­la istədi­yini doğru yola yönəl­dər. Alla­h kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol gös­­tərən tapılmaz.

Oxuyucuda aç - Surəni tam oxu