Surə 39 · Cüz 23

Az-Zumar · 39:24

أَفَمَنْ يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنْتُمْ تَكْسِبُونَ

24. Qiyamət gününün dəh­şətli əza­bın­dan üzü ilə qoru­nan kəs mö­minlə ey­nidirmi? Zalım­lara: “Qazandığı­nızı da­dın!”– deyilər.

Təfsir

Allahın hidayət verdiyi, dünyada (yaxşı işlər görməyə) müvəffəq etdiyi və axirətdə Cənnətə daxil etdiyi kimsə ilə, küfr edən və kafir olduğu halda ölən, üstəlik, Allahın, əllərini və ayaqlarını zəncirləmiş halda Cəhənnəm oduna düşar etdiyi və atəşdən üzü ilə qoru­nan kəs ey­nidirmi? Küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə məzəmətt edilərək deyilər: “Etdiyiniz küfr və asiliklərə görə qazandığınız əzabı da­dın! Bu sizin cəzanızdır.”

Oxuyucuda aç - Surəni tam oxu