Surə 39 · Cüz 23
Az-Zumar · 39:22
أَفَمَنْ شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِنْ رَبِّهِ ۚ فَوَيْلٌ لِلْقَاسِيَةِ قُلُوبُهُمْ مِنْ ذِكْرِ اللَّهِ ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ مُبِينٍ
22. Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.
Təfsir
Məgər Allahın, köksünü İslam üçün açdığı və ona tərəf yönəltdiyi, üstəlik, Rəbbinin dəlillərinə əsaslanan kimsə, Allahı zikr etməkdən uzaq olub qəlbi sərtləşmiş ilə eyni ola bilərmi?! Onlar əsla eyni ola bilməzlər. Doğru yola yönələn kimsələr nicat tapar, qəlbi Allahı zikr etməkdən qafil olub sərtləşmiş kimsələrə isə ziyana uğrayar. Onlar haqdan uzaq olan açıq-aydın azğınlıq içindədirlər.