Surə 39 · Cüz 23
Az-Zumar · 39:21
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
21. Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət var.
Təfsir
Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur endirib onu yer üzündəki çaylar və çeşmələrə axıdır. Sonra Allah onunla müxtəlif rəngli birkilər yetişdirir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görürsən. Bunlar quruduqdan sonra Allah onları qırıq-qırıq olmuş çör-çöpə döndərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.