Surə 35 · Cüz 22
Fatir · 35:44
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا
44. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə Qadirdir.
Təfsir
Qureyşlilərdən səni yalançı sayan kimsələr yer üzündə gəzib-dolaşıb, (peyğəmbərlərini) yalançı saymış keçmiş ümmətlərin aqibətinin necə olduğunu görmürlərmi?! Məgər Allah onların məhv edərkən onların axırı pis qurtarmadımı?! Halbuki onlar qureyşlilərdən daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb qurtulacaq heç bir şey yoxdur. Həqiqətən, O, haqqı yalan sayanların nə əməllər etdiklərini biləndir, onların əməllərindən heç bir şey Ondan gizli qalmaz və Ondan yayına bilməz, üstəlik, istədiyi vaxt onları məhv etməyə də qadirdir.